SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistan hökuməti xarici şirkətləri müəssisələr açmaq üçün ölkəsinə dəvət edib

Hindistan hökuməti xarici şirkətləri müəssisələr açmaq üçün ölkəsinə dəvət edib
22-11-2019, 20:55

Hindistan hökuməti aralarında məşhur “Tesla” şirkətinin də olduğu 320-dən çox xarici şirkəti ölkədə müəssisələrini açmağa dəvət edib.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, elektron cihazlar, avtomobil və başqa geniş çeşiddə məhsul istehsalçılarına müraciət edən hökumət ABŞ-Çin ticarət qarşıdurmasını fürsət bilərək əcnəbi sahibkarları Hindistana cəlb etməyi, istehsal sahələrini artırmağı hədəfləyir.

Qeyd edək ki, ABŞ-la Çin arasında ilyarımdan artıqdır davam edən ticarət ixtilafı zamanı tərəflərin qarşılıqlı olaraq yüz milyonlarla dollar həcmində mallara tətbiq etdiyi əngəlləyici rüsumlar ucbatından bir çox şirkətlər öz fəaliyyətini Çindən qonşu ölkələrə keçirməyi üstün tutdular. Bu hadisələrdən faydalanmağı düşünən Hindistan tərəfi də ölkəyə daha çox xarici sərmayə gətirmək, ixracatı artırmaq üçün vergi dərəcələrini azaltmaq yolunu tutaraq əcnəbi şirkətlərə müvafiq infrastruktur olduğu ərazilər də verməyi nəzərdə tutur.

Bununla da Narendra Modi hökuməti 2025-ci ilədək ölkədəki ÜDM-i ikiqat artıraraq 5 trilyon dollara çatdıracağını düşünür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031