SON DƏQİQƏ

naxcivanxeberleri.com

NATO kosmosda operativ fəaliyyət göstərəcək

NATO kosmosda operativ fəaliyyət göstərəcək
21-11-2019, 09:10

Şimal Atlantika Alyansı kosmosa silah çıxarılmadan fəzada operativ fəaliyyətə başlamaq barədə qərar qəbul edib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlikləri başçılarının görüşünün nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Bu gün biz daha bir əhəmiyyətli qərarı qəbul etdik. Razılaşdıq ki, kosmos əməliyyatların keçirilməsi üçün yeni sfera olmalıdır", - o deyib.

"Amma biz kosmosda silahı inkişaf etdirmək niyyətində deyilik, NATO müdafiə təşkilatıdır", - Stoltenberq əlavə edib.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, kosmos yalnız dinc məqsədlərlə yox, həm də təcavüzkarlara qarşı istifadə edilə bilər.

"Kosmos bizim Yer kürəsində gündəlik həyatımızın bir hissəsidir. O, həm dinc məqsədlər üçün, həm də təcavüzkarlara qarşı istifadə edilə bilər", - NATO-nun baş katibi qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930