SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində nəhəng külək generatoru hazırlanıb

Çində nəhəng külək generatoru hazırlanıb
19-11-2019, 21:46

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "Haizhuang Windpower" şirkəti tərəfindən hazırlanıb və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

"Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Bu isə ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031