SON DƏQİQƏ

naxcivanxeberleri.com

Filippində qasırğa ilə bağlı təxliyyə tədbirləri görülür

Filippində qasırğa ilə bağlı təxliyyə tədbirləri görülür
19-11-2019, 18:57

Filippinin şimalına “Ramon” (“Kalmaegi”) tropik qasırğasının gəlməsi ilə bağlı azı 5400 sakinin təxliyyə olunduğu bildirilir.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, aidiyyətli qurumların məlumatına görə, Kaqayan əyalətinin 11 şəhərində təxliyyə məntəqələri açılıb, eyni zamanda bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Həmçinin Santa Anna və Qonzaqa bələdiyyələrində elektrik təchizatı da dayandırılıb. Allakapan bələdiyyəsi ərazisində torpaq sürüşmələri üzündən yollar yararsız vəziyyətə düşüb. İlaqan şəhərində körpülərdən biri su altında qalıb.

Qeyd edək ki, “Ramon” tropik qasırğası leysan yağışları və 120 kilometrədək fırtına ilə son günlər ölkənin şimalında ikinci qasırğadır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031