SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə-Almaniya birgə müəssisəsi 10 ədəd “Boeing 737 Max 8” alacaq

Türkiyə-Almaniya birgə müəssisəsi 10 ədəd “Boeing 737 Max 8” alacaq
19-11-2019, 17:30

Mərkəzi qərargahı Türkiyənin Antalya şəhərində yerləşən “SunExpress” aviaşirkəti 10 ədəd “Boeing 737 Max 8” markalı sərnişin təyyarəsi sifariş edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, aviaşirkət bundan əvvəl də 32 ədəd “Boeing 737 Max 8” təyyarəsi sifariş etmişdi. Beləliklə, 42 təyyarə "SunExpress"ə 1,2 milyard ABŞ dollarına başa gələcək.

Xatırladaq ki, “Boeing 737 Max 8” təyyarələrində keçən ilin oktyabr ayında və bu ilin mart ayında baş vermiş qəzalarda 346 nəfər həlak olub. Bundan sonra əksər ölkələr bu təyyarələrin istismarını dayandırıb.

"SunExpress" 1987-ci ildə yaradılıb. Burada Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti və Almaniyanın “Lufthansa” aviaşirkəti hər biri 50% paya malikdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031