SON DƏQİQƏ

naxcivanxeberleri.com

İraqda İŞİD-in iki lideri məhv edilib

İraqda İŞİD-in iki lideri məhv edilib
16-11-2019, 19:29

İraq hüquq-mühafizə orqanlarının əməkdaşları Bağdadın şimalında İŞİD terror qruplaşmasının iki yerli liderini zərərsizləşdiriblər.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə “Bağdad Əl Youm” xəbər portalı İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçulara qarşı keçirilən əməliyyatda Daxili İşlər Nazirliyi yanında Federal Kəşfiyyat və Təhqiqat Agentliyinin əməkdaşları iştirak edib. Kərkük vilayətinin Ər-Riyad bölgəsində axtarılan terrorçular aşkar edilərək məhv edilib.

Bundan əlavə, ölkənin hərbi kəşfiyyatın əməkdaşları Hit şəhəri yaxınlığında məscidlərdən birinə planlaşdırılan terror hücumunun qarşısını alıb.

Cümə namazı zamanı edilən hücum terrorçu-kamikadze tərəfindən həyata keçirilməli idi. Lakin hərbi kəşfiyyatın əməkdaşları, terrorçunun hücumda istifadə etmək istədiyi partlayıcı qurğu və qumbaranı ələ keçirə bilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031