SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq

ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq
16-11-2019, 14:00

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Məclisdən (MM) verilən məlumata görə, tədbirlərdə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində “Əsrin müqaviləsi”nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaq.

Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031