SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da Ərdoğanla Trampın görüşü başlayıb

ABŞ-da Ərdoğanla Trampın görüşü başlayıb
13-11-2019, 22:10

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb.

NAXCİVANXEBERLERİ.COM “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

R.T. Ərdoğan “Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq Oval Ofisə gedib.

Qeyd edək ki, iki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031