SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pakistanın “Dəmir ledisi” Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub

Pakistanın “Dəmir ledisi” Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub
11-11-2019, 14:39

Pakistanın BMT-dəki sülhməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Azərbaycan Milli Paralimpiya Komitəsinin dəvəti ilə “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıda səfərdədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Pakistanın “Dəmir ledisi” bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qonaq olub.

Qeyd edək ki, Muniba Mazari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Eyni ildə Forbes jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına salınıb.

Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Muniba Mazari hal-hazırda modellik, rəssamlıq, oxumaq, nitq söyləmək kimi fəaliyyətlərini davam etdirir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031