SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edilib
20-01-2019, 15:52

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı rayonlarında 20 Yanvar faciəsində şəhid olan, əslən Gürcüstandan olan azərbaycanlıların xatirəsi yad edilib.

Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri Marneuli, Bolnisi, Qardabani və Saqareco rayonlarında yaşayan şəhid ailələrinə baş çəkiblər.

AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov, təşkilatın İdarə Heyətinin üzvü Sübhan Sarıyev şəhidlərin yaxınlarına başsağlığı verərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.

Ailələrdə ehsan süfrələri ətrafında səmimi söhbət zamanı şəhidlər yad olunub, onların ruhuna dualar oxunub. Təşkilatın nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.

Təşkilat adından şəhidlərin yaxınlarına ərzaq yardımları paylanılıb. Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan beş azərbaycanlı – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, Vəfadar Eminov və İlqar Əhmədov da var. Şəhidlərin 4-ü Bakıda, Şəhidlər Xiyabanında, İ.Əhmədov isə doğulduğu Bolnisi rayonunun Faxralı kəndində dəfn olunub.(Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031