SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mövlud Çavuşoğlu: "Qondarma "erməni soyqırımı"nı qəbul edənlər Xocalı faciəsinə susur"

Mövlud Çavuşoğlu:
9-11-2019, 18:05

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qondarma "erməni soyqırımı"nı qəbul edənlərin Xocalı faciəsinə səssiz qalmasını qınayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, o, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hadi Süleymanpurla birgə Antalyada keçirdiyi mətbuat konfransında ifadə edib.

Nazir bildirib ki, qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir: "Əslində, həqiqi soyqırım ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib. Belə ki, 613 günahsız azərbaycanlı, o cümlədən 106 qadın, 83 uşaq vəhşicəsinə öldürülüb. Həqiqi soyqırımı axtaranlar PKK/YPG terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxmaları yaxşı olardı".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930