SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tbilisidə “Azərbaycan bayrağı” fləşmobu keçirilib

Tbilisidə “Azərbaycan bayrağı” fləşmobu keçirilib
9-11-2019, 14:15

Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil edib.

Fləşmob çərçivəsində muzeyin qarşısında yerləşən parkda azərbaycanlı və gürcü uşaqlar Azərbaycan bayrağı və Azərbaycan-Gürcüstan dostluğuna aid rəsmlər çəkiblər. Azərbaycan bayrağına rəsmlərlə sevgisini ifadə edən uşaqlar M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri olublar.

Aksiyanın sonunda uşaqlar böyük ölçüdə olan Azərbaycan bayrağını dalğalandırıblar. Fləşmob çərçivəsində muzeyin ətrafında Tbilisi sakinləri və qonaqlara kiçik ölçüdə Azərbaycan bayraqları paylanılıb.

Muzeyin rəhbəri Əliyeva Leyla “Report”a bildirib ki, aksiyanın keçirilməsi dünyada yaşayan azərbaycanlıların birlik simvolu olan Azərbaycan bayrağına sevgi və hörməti nümayiş etdirmək məqsədi daşıyıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930