SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə ilə ABŞ arasında Suriyaya dair müzakirələr aparılıb

Türkiyə ilə ABŞ arasında Suriyaya dair müzakirələr aparılıb
9-11-2019, 13:55

ABŞ-ın Suriya xüsusi elçisi Ceyms Cefri Türkiyədə səfərdədir.

NAXCİVANXEBERLERİ.COM “Milliyet”ə istinadən xəbər verir ki, amerikalı diplomat ilk öncə milli müdafiə nazirinin müavini Yunus İmrə Qaraosmanoğlu ilə iki ölkə arasında oktyabrın 17-də Suriyaya dair imzalanmış sazişin yerinə yetirilməsi məsələsini müzakirə edib.

Daha sonra milli müdafiə naziri Hülusi Akarla ABŞ-ın Türkiyədəki səfiri David Satterfildin iştirakı ilə keçirilən danışıqlar zamanı, habelə xarici işlər nazirinin müavini Sədat önal ilə geniş tərkibdəki danışıqlar əsnasında PKK-YPG kürd təşkilatlarına məxsus silahlı dəstələrin təhlükəsizlik bölgədən çıxmasına dair Türkiyə-ABŞ razılaşması müzakirə mövzusu olub. Belə ki, razılaşmanın şərtlərinə zidd olaraq PKK-YPG-nin “Barış bulağı” bölgəsidən çəkilməyərək hərbi əməliyyatlarına davam etmələri diqqətə çatdırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930