SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qalatasaray"ın sabiq futbolçusu penaltini vura bilmədiyi üçün "Brügge"nin əsas heyətindən kənarlaşdırılıb

9-11-2019, 10:30

Belçika "Brügge"sinin futbolçusu Mbaye Dianyo komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb.

NAXCİVANXEBERLERİ.COM "Le10Sport"a istinadən xəbər verir ki, baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.

Səbəb kimi 28 yalı forvardın Fransada PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dianyo penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dianyo buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.

Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitan klub rəhbərliyi qarşısında "Ya Dianyo gedəcək, ya da mən" tələbi qoyub. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun "Antverpen"lə matçına aparmamağı qərara alıb.

Qeyd edək ki, Mbaye Dianyo "Brügge"yə keçənədək Türkiyə "Qalatasaray"ında forma geyinib. Hazırda "sarı-qırmızılar" da Çempionlar Liqasında Belçika təmsilçisi və İspaniya "Real Madrid"i ilə eyni qrupda yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930