SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyadakı milyarderin sərvəti ötən il azalıb

Dünyadakı milyarderin sərvəti ötən il azalıb
8-11-2019, 18:51

2013-2018-ci illərdə dünyadakı milyarderlərin sərvəti 34,5% artaraq 8,5 trilyon ABŞ dollarına, milyarderlərin sayı isə 38,9% artaraq 2 101 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının və Böyük Britaniyanın "PwC" audit şirkətinin birgə hazırladığı hesabatda bildirilir.

Bununla belə, sənəddə deyilir ki, ötən il milyarderlərin aktivləri 388 milyard dollar azalıb. Azalma bütün regionları əhatə etməyib. Belə ki, Çin və Rusiya milyarderlərinin aktivləri 6% və 2,9% azaldığı halda, ABŞ və Qərbi Avropa milyarderlərinin sərmayələri 0,1% və 19% artıb.

Hesabat hazırlanarkən 43 ölkənin milyarderinin sərvəti təhlil edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930