SON DƏQİQƏ

naxcivanxeberleri.com

42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ

42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ
6-11-2019, 23:21

5 noyabr 2018-ci ildə Günəş sistemindən çıxaraq "ulduzlararası kosmos”da səyahət etməyə başlayan "Voyager 2” kosmik gəmisi Yer kürəsinə ilk mesajını yollayıb.

ABŞ Aviasiya və Kosmik İdarəsinin(NASA) "Qardiyan” qəzetində dərc olunan xəbərinə görə, kosmosdakı səyahətinə davam edən gəmidən əldə edilən bilgilər Günəş Sistemi ilə bağlı yeni detallar verə bilər.

Xüsusilə, Günəş Sisteminin quruluşu ilə bağlı aparılan araşdırmalarda istifadəsi planlaşdırılan bilgilərin detalları ilə bağlı isə açıqlama verilməyib.

"Voyager 2”dən 16 gün öncə göndərilən "Voyager 1” Günəş Sistemini əhatə edən bölgə olan heliosferi keçmişdi.

Qeyd edək ki, NASA "Voyager 2” insansız kosmik gəmisini 20 avqust 1977-ci ildə kosmosa göndərmişdi. Onun hədəfi Yupiter və Saturn haqqında bilgi toplamaq idi. Lakin daşıdıqları plutonium batareyaları sayəsində hələ də aktiv olan gəmilər 40 ili tamamlayıb.

825 kq ağırlığı olan "Voyager” gəmiləri NASA-nın ən böyük uğurlarından biridir.

Yer kürəsindən gedərək uzaqlaşan bu gəmilərlə bağlantının 2030-cu ilə qədər davam edəcəyi proqnozlaşdırılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31