SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib

Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib
6-11-2019, 16:36

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Ukraynanın Dnepr şəhərində bayraq aksiyası təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM AZƏRTAC-a istinadən xəbər verir ki, “Şanlı bayrağımla şəkil” aksiyası çərçivəsində şəhər sakinlərinə və xarici qonaqlara Azərbaycan bayrağıbın tarixi və rənglərinin mənası haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl bayraq aksiyası Kiyev şəhərində də keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930