SON DƏQİQƏ

naxcivanxeberleri.com

Litvada zavodda baş verən yanğın digər sahələrə də ciddi ziyan vurub

Litvada zavodda baş verən yanğın digər sahələrə də ciddi ziyan vurub
4-11-2019, 20:57

Litvanın Alitus şəhərində avtomobil şinləri istehsal edən zavodda baş verən güclü yanğın yaxınlıqda yerləşən süd istehsalı müəssisələrinə də ciddi ziyan vurub.

Noyabrın 4-də hökumətin aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasında zərərçəkənlərə dəyən ziyanın ödənilməsi barədə qərar qəbul olunub.

Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, yanğın zamanı yaranmış zəhərli qazlar yaxınlıqdakı süd emalı müəssisələrinə mənfi təsir edib. Araşdırmalardan sonra 382 ton süd məhsulu mağazalardan toplanıb. Qida və Baytarlıq Xidməti yanğının təsirindən daha 29 fermer təsərrüfatında istehsalın dayandırılması barədə qərar qəbul edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930