SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib

Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib
4-11-2019, 14:00

ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir.

NAXCİVANXEBERLERİ.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

H. Aksoy açıqlamasında bildirib: "Sənəddə "YPG" haqqında bəhs edilməməsi, və bunun əvəzində "PKK-nın Suriyadakı qolu" ifadəsinin istifadə edilməsi, bu terror təşkilatı ilə əməkdaşlığını gizlətməyən ABŞ-ın öz qanunsuz mövqeyini gizlətmək cəhdidir".

H. Aksoy ABŞ-ın xarici terror təşkilatları siyahısına daxil etdiyi PKK-nın 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox mülki şəxsin, polisin və hərbçinin ölümünə görə məsuliyyət daşıdığını xatırladıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930