SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya tarixində 2019-cu il ən isti il ola bilər

Rusiya tarixində 2019-cu il ən isti il ola bilər
3-11-2019, 20:43

Bu il oktyabr yay ayları və sentyabrdan sonra Rusiya tarixində ən isti ay olub.

NAXCİVANXEBERLERİ.COM-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hidrometeoroloji Mərkəzinin rəhbəri Roman Vilfand bildirib.

R. Vilfand meteoroloji müşahidələr aparıldığı dövr ərzində 2019-cu ilin Rusiya tarixində ən isti il ola biləcəyini söyləyib: "Rusiya Hidrometeoroloji Mərkəzi öncədən 2019-cu ilin Şimal yarımkürəsində meteoroloji müşahidələrin aparıldığı 1891-ci ildən indiyə qədər ən isti il olacağını proqnozlaşdırmışdı. Sentyabr ayı bu proqnozu təsdiqlədi. Bu ilin oktyabrı da tarixdə ən isti oktyabr ayı oldu. Artıq meteoroloji müşahidə aparılan tarix ərzində 2019-cu ilin ən isti il olması noyabr və dekabr aylarından asılıdır. Hələ ki, 2019-cu il El-Nino okean cərəyanının təsiri ilə yüksək temperaturun müşahidə olunduğu 2016-cı ildən geri qalır. Bu il El-Nino effekti müşahidə olunmasa da, yeni rekordun qeydə alınacağı istisna deyil. Hazırda 2016 və 2019-cu illər arasında bir növ özünəməxsus yarış gedir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930