SON DƏQİQƏ

naxcivanxeberleri.com

İspaniya hakimiyyəti BMT-nin iqlim konfransını Madriddə keçirilməsini təklif edib

İspaniya hakimiyyəti BMT-nin iqlim konfransını Madriddə keçirilməsini təklif edib
31-10-2019, 23:42

İspaniya hakimiyyəti BMT-nin iqlim dəyişikliyinə dair konfransını Madriddə keçirməyə hazır olduğunu söyləyib.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu haqda İspaniya hökuməti cümə axşamı bəyanat yayıb.

Bəyanatda bildirilir: "Çili prezidenti Sebastyan Pinyeranın Santyaqoda 25-ci İqlim Dəyişikliyi Konfransının keçirilməsindən imtina edilməsi barədə verdiyi açıqlamadan sonra (2-13 dekabr), Baş nazir səlahiyyətlərini icra edən Pedro Sançes İspaniyanın lazım olan hər bir məsələdə əməkdaşlıq etməyə, o cümlədən iqlim konfransının keçirilməsinə hazır olduğunu bildirib".

Çili prezidenti, öz növbəsində, Pedro Sançesin Madriddə BMT İqlim Dəyişikliyi Konfransını Çilidə planlaşdırıldığı ilə eyni tarixlərdə keçirilməsini təklif etdiyini deyib.

Eyni zamanda, BMT konfransın keçirilməsinə dair yeni məkan seçimi ilə bağlı qərar vermədiklərini söyləyiblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930