SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Twitter” siyasi mövzularda reklamları qadağan edib

“Twitter” siyasi mövzularda reklamları qadağan edib
31-10-2019, 21:53

Dünyada ən çox istifadəçiyə sahib sosial media platformalarından olan "Twitter” noyabrdan etibarən siyasi mövzularda reklamların paylaşılmasına icazə verməyəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə açıqlama verən "Twitter”in baş icraçı direktoru Cek Dorsi bildirib: "Twitter”də siyasi mövzularda bütün reklamları dayandırmağı qərara aldıq. Bu qərar təkcə ABŞ-da deyil, bütün dünyadakı istifadəçilərə də şamil olunacaq”.

O, siyasi mesajların satın alınmasının deyil, buna layiq olanlara çatdırılmasının tərəfdarı olduqlarını bildirib. C.Dorsi müasir dövrdə siyasi mesajların reklamlar vasitəsilə insanlara çatdırılmasının doğru olmadığını vurğulayıb.

Noyabrın 22-dən qüvvəyə minəcək qərarın 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl qəbul edilməsi müxtəlif fikirlərə yol açıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930