SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi Ronaldu və Raulun rekordunu təkrarlayıb

Messi Ronaldu və Raulun rekordunu təkrarlayıb
24-10-2019, 14:00

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında sayca 33-cü komandaya qol vurub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, argentinalı hücumçu bu dəfə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə III tur matçında fərqlənib. O, 3-cü dəqiqədə hesabı açıb. Görüş isə "Barselona"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Messi bu qolla hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu və "Real Madrid"in sabiq forvardı Raulun rekordunu təkrarlayıb.

Digər tərəfdən, 32 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib. O. ilk dəfə 2 noyabr 2005-ci ildə Yunanıstan "Panatinaikos"una 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan Messi yalnız Ronaldudan 127 qol) geri qalır.

Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında ilk qolunu "Slaviya"nın qapısından keçirib. Hazırda "Barselona" F qrupunda 7 xalla liderdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930