SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb

Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb
22-10-2019, 16:11

Suriyanın şimal-şərqindəki “Barış pınarı” antiterror əməliyyatı zamanı 7 hərbi qulluqçu şəhid olub, 90 nəfər yaralanıb.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Nadide Şebnem Aktop məlumat verib.

O, atəşkəs elan olunandan etibarən terror qruplaşmaları tərəfindən 42 dəfə razılaşmanın pozulması halının qeydə alındığını, PKK/YPG dəstələrinin təhlükəsizlik bölgəsindən çəkilməsinin davam etdiyini diqqətə çatdırıb.

“TRT World” xəbəri verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Barış pınarı” əməliyyatı zamanı azı 20 nəfər mülki şəxsin, 7 türk hərbçisinin, 79 nəfər Suriya Milli Ordusu döyüşçüsünün həlak olduğunu, 775 terrorçunun öldürüldüyünü və ya təslim olduğunu, 2200 kvadrat kilometrədək ərazinin terrordan təmizləndiyini açıqlamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930