SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək
22-10-2019, 13:21

ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələrin yeni mərhələsi 25 oktyabrda baş tutacaq.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer deyib.

Ağ Evdə nazirlər kabinetinin iclasında Çin ilə ticarət dialoqunu şərh edən R.Laythayzer bildirib: "Bizim bu səhər nazirlər müavinləri səviyyəsində danışıqlarımız keçirilib. ABŞ Maliyyə Naziri Stiven Mnuçin və mən cümə günü çinli həmkarlarımızla danışıqlar aparacağıq".

Laythayzer ABŞ prezidenti Donald Trampa müraciət edərək və onun 16-17 noyabr Santyaqo şəhərində keçiriləcək Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə getməsini nəzərdə tutaraq əlavə edib: "Bizim məqsədimiz sizin Çiliyə səfər etdiyiniz zaman ticarət razılaşmasının ilk mərhələsinin hazır olmasıdır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930