SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Böyük 20”liyə daxil olan ölkələr kriptoaktivlərlə bağlı bəyanat qəbul edəcək

“Böyük 20”liyə daxil olan ölkələr kriptoaktivlərlə bağlı bəyanat qəbul edəcək
18-10-2019, 16:39

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda “Böyük 20”liyə daxil olan ölkələrin maliyyə nazirliklərinin və mərkəzi bank rəhbərlərinin toplantısı keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, toplantının yekununda kriptoaktivlərlə bağlı bəyanat qəbul ediləcək.

Bu barədə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib. Onun sözlərinə görə, rəsmilər həm də rəqəmsal iqtisadiyyat sahəsində vergilərin tətbiqinə dair əməkdaşlıq barədə bəyanat hazırlayır.

Xatırladaq ki, bundan əvvəl “Böyük 20”lik ölkələri kriptovalyutaların qlobal maliyyə sabitliyi üçün təhlükə yaratmasından narahatlıqlarını ifadə edərək bu bazarın tənzimlənməsinə dair tədbirlər planının hazırlanmasını təklif etmişdilər. Hələ ki, belə bir sənəd ortaya qoyulmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930