SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aİ ölkələri Türkiyəyə qarşı sanksiyalar barədə razılığa gələ bilməyib

Aİ ölkələri Türkiyəyə qarşı sanksiyalar barədə razılığa gələ bilməyib
18-10-2019, 17:00

Avropa İttifaqı ölkələri keçirdikləri sammitdə Suriyadakı hərbi əməliyyatlar səbəbi ilə Türkiyəyə qarşı tətbiq olunacaq ümumi sanksiyalar barədə razılığa gələ bilməyib.

NAXCİVANXEBERLERİ.COM RBK-ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının gələcək rəhbəri, Belçikanın baş naziri Şarl Mişelin bəyanatında deyilir.

"Bəzi səbəblərə görə hazırkı mərhələdə sanksiyalarla bağlı daha da irəliyə getmək mümkün deyil", - o deyib.

Eyni zamanda Ş.Mişel Aİ-nin Türkiyənin Suriyada əməliyyatlar keçirməsi ilə bağlı aydın mövqeyə malik olduğunu da əlavə edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930