SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: "Terrorçular bu gün səhərdən etibarən Suriyanın şimalını tərk etməyə başlayıb"

Ərdoğan:
18-10-2019, 17:20

"PKK/PYD və YPG terror qruplaşmaları bu gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutduğumuz təhlükəsizlik bölgəsini tərk etməyə başlayıb".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün səhər Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar", Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: "Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni doğurdan da tərk edib-etmədiklərinə nəzarət edəcəklər".

R.T.Ərdoğan bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, bununla bağlı məlumatlar təxribatlar xarakterlidir və həqiqəti əks etdirmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Ötən gün ABŞ-ın vitse-prezidenti Maykl Penslə R.T.Ərdoğanın görüşündən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930