SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa Şurası və Avropa Parlamentinin rəhbərləri “Brexit”ə dair razılaşmanı dəstəkləyiblər

Avropa Şurası və Avropa Parlamentinin rəhbərləri “Brexit”ə dair razılaşmanı dəstəkləyiblər
17-10-2019, 22:50

Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Parlamentinin sədri David Sassoli Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması ilə bağlı iki tərəf arasındakı razılaşmanı dəstəkləyib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Consonla görüşə gələrkən “Razılaşmanın olması hər halda olmamasından yaxşıdır”, - deyən D.Tusk imzalanan sənədin həm Aİ-nin, həm də “Brexit”in fəsadları baxımdan ən risqli ölkə olan İrlandiya Respublikasının mənafeyinə uyğun gəldiyinə əmin olduğunu bildirib.

“Biz çox şadıq. Böyük Britaniyanın Aİ-dən nizamlı şəkildə çıxması üçün hamımız çalışmışıq. İndi də sənədin mətni barədə Avropa Şurası, Böyük Britaniya parlamenti rəy bildirməlidirlər. Avropa Parlamenti də sənədin təsdiqlənməsində üzərinə düşənləri, əlbəttə ki, yerinə yetirməyə hazırdır”, - D.Tusk deyib.

Avropa İttifaqının “Brexit”lə bağlı baş müzakirəçisi Mişel Barnye də Brüsseldəki mətbuat konfransında həmin saziş sayəsində Böyük Britaniyanın əvvəl nəzərdə tutulduğu 31 oktyabr tarixində Aİ üzvlüyündən çıxa biləcəyinə ümidvar olduğunu bildirib.

Bundan əvvəl Avropa Komissiyasının səlahiyyəti başa çatan prezidenti Jan Klod Yunker də razılaşmaya tam dəstək verdiklərini açıqlamışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930