SON DƏQİQƏ

naxcivanxeberleri.com

Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb

Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb
17-10-2019, 15:19

Suriya Milli Ordusu 9 gündür Suriyada keçirilən antiterror əməliyyatı nəticəsində 64 şəhid verib.

NAXCİVANXEBERLERİ.COM “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Tel Abyad və Rasulaynın terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi nəticəsində 18 döyüşçü şəhid olub, 51-i yaralanıb, 1 döyüşçü isə itkin düşüb.

Antiterror əməliyyatı başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü şəhid olub, 187 döyüşçüsü isə yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930