SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meksikada hərbçilərə silahlı hücum olub, 15 nəfər ölüb

Meksikada hərbçilərə silahlı hücum olub, 15 nəfər ölüb
16-10-2019, 14:00

Meksikanın Herroro ştatında naməlum silahlı dəstənin hərbçilərə etdiyi hücum nəticəsində 15 nəfər öldürülüb.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmisi Roberto Alvares özünün “Facebook” səhifəsində yazıb.

“Silahlı şəxslər Müdafiə Nazirliyinin ordu bölməsinin hərbçilərinə hücum edib. Nəticədə bir hərbçi və 14 silahlı mülki şəxs öldürülüb”.

Yerli mətbuatın xəbərinə görə, hadisə yerinə Meksikanın Baş prokuroru Xorxe Barilla gəlib və insidentlə bağlı araşdırmanı özü aparır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930