SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiyada qasırğadan sonra 100 minə yaxın ev işıqsız qalır

Yaponiyada qasırğadan sonra 100 minə yaxın ev işıqsız qalır
14-10-2019, 13:30

Yaponiyada "Hagibis" qasırğasında sonra 13 prefekturada 100 minə yaxın yaşayış evi elektrik enerjisiz qalır.

NAXCİVANXEBERLERİ.COM-un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, "Tokyo Electric Power" enerji kompaniyası bildirir ki, elektrik enerjisiz qalan evlərdən əksəriyyəti paytaxtda və onun yaxınlıqdakı prefekturalardadır.

Elektrik enerjisinin verilməsini həftənin ortası üçün bərpa etmək planlaşdırılır.

Bundan əlavə, çayların daşması nəticəsində Yaponiyanın şimal-şərqində bir neçə rayon su altında qalıb.

Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 33 nəfər həlak olub, 200 nəfər isə xəsarət alıb. Bundan əlavə, 19 nəfər itkin düşmüş sayılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930