SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə ardıcıl üç zəlzələ baş verib

Türkiyədə ardıcıl üç zəlzələ baş verib
10-10-2019, 22:46

Türkiyədə Mərmərə dənizində 4 bal gücündə zəlzələ baş verib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Belə ki, beş dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031