SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb

Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb
10-10-2019, 17:11

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb.

NAXCİVANXEBERLERİ.COM-un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlərin Gürcüstan ictimaiyyəti üçün açılması Azərbaycanla sərhəd məsələsində irəliyə doğru atılan növbəti addımdır.

S.Zurabişvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Əminəm ki, birgə səylər nəticəsində tərəflər iki dost ölkənin maraqlarına cavab verən çıxış yolunu mütləq tapacaqlar”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Keşikçi Dağı Məbəd-Kompleksindəki məbədlərin gürcü zəvvarlar üçün sabahdan etibarən açılacağını bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031