SON DƏQİQƏ

naxcivanxeberleri.com

MDB-də tərəfdaşlığı artırmağa dair tədbirlər planı razılaşdırılıb

MDB-də tərəfdaşlığı artırmağa dair tədbirlər planı razılaşdırılıb
10-10-2019, 15:30

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclasında beynəlxalq məsələlərdə tərəfdaşlığı artırmaqla bağlı tədbirlər planı, habelə MDB-nin sabahkı zirvə görüşünə təqdim ediləcək sənədlər razılaşdırılıb.

NAXCİVANXEBERLERİ.COM Türkmənistanın Dövlət Xəbərlər Agentliyinə istinadən xəbər verir ki, iclasda MDB ölkələrinin xarici siyasət idarələri arasında tərəfdaşlığın artırılmasına dair tədbirlər proqramının qəbul ediləcəyi razılaşdırılıb. Bu sənəd beynəlxalq siyasətin başlıca istiqamətlərində razılaşdırılmış addımlar atmaq üçün “maksimum əlverişli şərait” yaratmalıdır.

MDB ölkələrinin xarici işlər nazirləri 2020-ci ilin dekabrın 12-də sülh, təhlükəsizlik, dayanıqlı inkişaf məsələlərinə dair Türkmənistanda keçiriləcək beynəlxalq konfransa, həmçinin Türkmənistanın bitərəflik elanının 25-ci ildönümünə həsr olunacaq təntənəli tədbirlərə dəvət olunublar.

Xatırladaq ki, tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031