SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ekvadorda etirazlar zamanı 450-yə yaxın şəxs xəsarət alıb

Ekvadorda etirazlar zamanı 450-yə yaxın şəxs xəsarət alıb
10-10-2019, 12:16

Ekvadorda keçirilən etiraz aksiyaları zamanı polis əməkdaşları da daxil olmaqla təxminən 450 nəfər xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Mariya Paula Romo mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl başlayan nümayişlər zamanı ümumilikdə 86 polis yaralanıb, bundan əlavə, daha 360 nəfər tibbi yardım məqsədilə xəstəxanalaara müraciət edib.

Xatırladaq ki, oktyabrın əvvəlində Ekvadorda hökumətin iqtisadi islahatlarından narazı olan vətəndaşların nümayişləri başlayıb. Ekvador prezidenti etirazlarla əlaqədar olaraq fövqəladə vəziyyət elan edib və hökumət qərargahını paytaxt Kitodan ölkənin qərbindəki Quayakil şəhərinə köçürüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031