SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ bəzi şirkətlərə "Huawei" ilə əməkdaşlıq etməyə icazə verə bilər

ABŞ bəzi şirkətlərə
10-10-2019, 13:29

ABŞ tezliklə bir sıra şirkətlərinə Çin kəşfiyyatı və hərbi qüvvələrilə əlaqələrdə ittiham olunaraq may ayından bəri "qara siyahı"da olan Çinin "Huawei" şirkəti ilə əməkdaşlıq etməyə icazə verə bilər.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

"Keçən həftə keçirilən görüşdə prezident Tramp bir neçə ABŞ şirkətinə öz administrasiyasının bu ilin may ayında "Huawei"ə qarşı tətbiq etdiyi qadağadan yayınmağa imkan verəcək lisenziyaların təsdiqlənməsinə başlanmasına "yaşıl işıq" yandırıb", - qəzet yazıb.

Nəşrin məlumatına görə, söhbət "həssas olmayan mallar"ın, yəni ikili istifadə texnologiyaları və materialları kimi təyin olunmayan və ABŞ-ın milli təhlükəsizliyinə zərər vura bilməyən məhsulların tədarükünə icazə verməkdən gedir.

Qeyd edək ki, ABŞ administrasiyası "Huawei"i Çin hərb qurumları və kəşfiyyatı ilə əməkdaşlıqda və müştərilərin mümkün izlənilməsində ittiham edir. Şirkət isə iddiaların əsassız, siyasi motivli olduğunu və bazar rəqabəti prinsiplərini pozduğunu iddia edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031