SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kainatın sirri çözülür: Su belə yaranıb – Yeni nəzəriyyə

Kainatın sirri çözülür: Su belə yaranıb – Yeni nəzəriyyə
9-10-2019, 23:24

Elm adamları kainatın yaranma prosesində su molekullarının necə əmələ gəlməsinə dair yeni bir nəzəriyyə ortaya atıb.

Araşdırmaçılar su molekullarını asteroidlərə zərblə çırpılan Günəş küləkləri ortaya çıxarıb.

Elm adamlarına görə, şiddətli küləklər meteorit və Ayın səthində suyun əmələ gəlməsinə səbəb ola bilər. Bu prosesin kosmos boşluğunda baş verməsi də mümkündür.

Yeni nəzəriyyəyə görə, günəş küləkləri oksigen və hidrogen atomlarını birləşməyə məcbur edir, beləliklə su molekulları ortaya çıxır.

Meteoritlərdə həyatın yaranmasında dair bir çox fundamental faktorların olduğu məlumdur.

"Webtekno”-da dərc olunan məqalədə bildirilir ki, bu araşdırma vasitəsilə kainatın uzaq bölgələrində də həyatın necə yaranmasına dair bir sıra faktlar əldə etmək mümkün olacaq.

Araşdırmaçılar bunu 50 il əvvəl Avstraliyanın Pert şəhərinə düşən bir meteoritdən əldə edib. Elm adamı Katerina Milijkoviç bu kəşfin önəmli olduğunu, çünki suyun kosmosda həyatın üçün vacib faktor olduğunu deyir.

Bu araşdırmanın nəticəsi həyatın olduğu ehtimal edilən 10 böyük planetin kəşf olunmasından sonra əldə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031