SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Boeing 737 Max”lar istismara qaytarılır

“Boeing 737 Max”lar istismara qaytarılır
9-10-2019, 21:24

“American Airlines” şirkəti gələn ilin 16 yanvar tarixindən “Boeing 737 Max” tipli təyyarələrinin istismarını davam etmək qərarına gəlib.

NAXCİVANXEBERLERİ.COM şirkətin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən təyyarələrin proqram təminatının yenilənəcəyi nəticəsində bu il ərzində onları sertifikatlaşdırılmasına, gələn il yanvar ayından da müntəzəm istismarına yol açacağı gözlənilir.

Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin ötən il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, bu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı. “İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemində nasazlıq yarandığını etiraf etmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031