SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər
9-10-2019, 18:47

Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər.

NAXCİVANXEBERLERİ.COM Pakstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Şurasının icraçı direktoru Florian Senqşmid məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır.

“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir” – deyə o, əlavə edib.

Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir.

2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031