SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş Azərbaycan hərbçiləri ilə görüşüb-FOTO

ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş Azərbaycan hərbçiləri ilə görüşüb-FOTO
9-10-2019, 11:45

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Ö.Litzenberq Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib.

Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. ABŞ səfiri təlimdə iştirak edən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra polkovnik Siyavuş Mustafayev “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.


ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş Azərbaycan hərbçiləri ilə görüşüb-FOTO
ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş Azərbaycan hərbçiləri ilə görüşüb-FOTO
ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş Azərbaycan hərbçiləri ilə görüşüb-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031