SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədir

Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədir
9-10-2019, 11:30

"Qazaxıstanın "Kaztransgas" şirkəti mayeləşdirilmiş qazın tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazırdır".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.

Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.

O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.

Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031