SON DƏQİQƏ

naxcivanxeberleri.com

Veyplər qadağan edilə bilər

Veyplər qadağan edilə bilər
7-10-2019, 20:54

Veyplərin ölümə səbəb ola biləcəyini təsdiq edən sübutlar toplanarsa, iki-üç ildən sonra Rusiyada veypləri qadağan edə bilərlər.

NAXCİVANXEBERLERİ.COM "RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Kommunikasiyalar Departamentinin direktoru Aleksey Kiselyov-Romanovun sözlərinə görə, bundan ötrü ABŞ-da kütləvi ölüm hallarının səbəbi həqiqətən veyplər olduğunu sübut etmək lazım gələcək.

ABŞ hökuməti yanında Xəstəliklərə nəzarət və onların profilaktikası Mərkəzi sentyabr ayının sonunda təqdim etdiyi hesabatda göstərilir ki, veylin mindən çox insanın xəstələn məsinə səbəb olub. Vaşinqtonda bildiriblər ki, həmin xəstələrdən 15 nəfəri vəfat edib.

Rusiya Səhiyyə Nazirliyində hesab edirlər ki, veyplər adi siqaretlərə bərabər tutulmalı və onların yayılmasını məhdudlaşdıran qanun qəbul edilməlidir. Həmin qanun veyplərin yayılmasını və ictimai yerlərdə onlardan istifadə edilməsini məhdudlaşdıracaq. Nazirlikdə tütünə qarşı konsepsiya layihəsi artıq hazırdır. Bu layihənin məqsədi 2035-ci ilə qədər tütün istehlakı səviyyəsini 21 faizə endirməkdən ibarətdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031