SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar sərmayə yatırılıb

Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar sərmayə yatırılıb
5-10-2019, 22:20

Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu AzərTac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Dövlət başçılarının siyasi iradəsi, ölkələrimizdəki əlverişli işgüzar mühit qarşılıqlı investisiya qoyuluşları üçün geniş imkanlar yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər”.

Nazir bildirib ki, Azərbaycanda Rusiya ilə birgə layihələr reallaşdırılır: ““SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir.

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş “İNNOPROM” beynəlxalq sənaye sərgisində iştirakı çərçivəsində aparılan müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə razılıq əldə edilib”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031