SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistanda gəmi çevrilib, 7 nəfər ölüb, onlarla insan itkin düşüb

Hindistanda gəmi çevrilib, 7 nəfər ölüb, onlarla insan itkin düşüb
4-10-2019, 13:00

Hindistanda gəminin çevrilməsi nəticəsində azı 7 nəfər həlak olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Yerli hakimiyyət orqanlarına istinadən yayılan məlumata görə, hadisə Qərbi Benqal ştatındakı Çançal şəhərində, Mahananda çayında baş verib. Hadisə zamanı 50-dən çox insan itkin düşüb.

"Hazırda 7 nəfərin meyiti tapılıb. Əllidən çox insan itkin düşüb", deyə ştatın qanunverici orqanının üzvlərindən biri bildirib.

Qeyd edilir ki, qəza zamanı gəmidə 70-dən çox insan olub. İlkin məlumata görə, qəzaya gəminin sərnişinlərlə normadan artıq doldurulması səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31