SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə elektron siqaretlərin satışı qadağan ediləcək

Türkiyədə elektron siqaretlərin satışı qadağan ediləcək
2-10-2019, 14:00

Türkiyə hökuməti elektron siqaretlərin satışını qadağan etmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanunvericilik üzərində işləyirik" - nazirlik rəhbəri qeyd edib.

Nazir əlavə edib ki, məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində elektron siqaretlərdən ölüm halları artmaqdadır. Təkcə ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930