SON DƏQİQƏ

naxcivanxeberleri.com

Honkonqda toqquşmalar baş verib, xəsarət alanlar var

Honkonqda toqquşmalar baş verib, xəsarət alanlar var
1-10-2019, 17:00

Honkonqda polislə nümayişçilər arasında baş verən toqquşmalarda 15 nəfər xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM televiziyalara istinadən xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Bununla yanaşı, polis partlayıcı maddələrin hazırlanmasına şübhələr olduğu bir neçə məkan aşkarlayıb.

Bu gün şəhərdə baş verən qarşıdurmalar zamanı polis tərəfindən soyuq silah, dəyənək və s. qanunsuz məqsədlərlə istifadə oluna biləcək əşyalar saxlamaqda şübhəli bilinən 51 nəfər saxlanılıb, xeyli sayda müxtəlif təhlükəli əşya və alət müsadirə olunub.

Xatırladaq ki, bu gün Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsinin 70-ci ildönümü ilə bağlı Çinin xüsusi statuslu ərazisi olan Honkonqda kütləvi etiraz nümayişləri keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031