SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb

Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb
29-09-2019, 11:49

Avstriyada parlament seçkilərində birinci seçki məntəqələri açılıb.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələrindən bəziləri yerli vaxtla saat 6:00-da işləməyə başlayıblar. Digər seçki məntəqələri isə saat 10:00-da açılacaq. Respublika hakimiyyəti rəsmən kommunalara və şəhərlərə seçki məntəqələrinin iş vaxtını müstəqil qurmağa icazə verib. Ancaq gözlənilir ki, saat 17:00-da bütün məntəqələr bağlanacaq və səslərin hesablanmasına başlanacaq.

Milli Şuranın (parlament aşağı palatası) tərkibinə 183 deputat daxildir. Onlar yalnız partiya siyahıları üzrə seçilirlər. Parlamentində yerlərə iddia edən partiya 4%-lik baryeri keçməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930