SON DƏQİQƏ

naxcivanxeberleri.com

Amerikalıların yarısı Donald Trampın impiçmentinə tərəfdardır

Amerikalıların yarısı Donald Trampın impiçmentinə tərəfdardır
28-09-2019, 11:39

ABŞ-da “The Hill” nəşri üçün keçirilən rəy sorğusunda iştirak edənlərin 47 faizi prezident Donald Trampın impiçmentinə tərəfdar çıxıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sorğu iştirakçılarının 42 faizi D.Trampın impiçmentinə qarşı olduqlarını deyib, qalan 11 faizi də bu barədə qəti rəy bildirməyiblər.

Hazırkı dövlət başçısının istefasını zəruri hesab edənlərin sayı onun Ukrayna prezidenti ilə son telefon söhbəti ətrafındakı qalmaqala görə xeyli artıb.

Xatırladaq ki, sentyabrın 24-də Konqresin Nümayəndələr palatasının sədri Nensi Pelosi impiçment prosedurunun başladığını açıqlamışdı. Ondan əvvəl D.Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı 2020-ci il seçkilərində güclü namizədlərdən sayılan keçmiş vitse-prezident, Demokrat Partiyasının nümayəndəsi Co Baydenin oğlunun adıçəkilən ölkədəki fəaliyyətini araşdırmalarını istəyib. KİV-ə sızdırılan bu məsələ Donald Trampa qarşı seçkilərə təsir etmək üçün hakimiyyətdən sui-istifadə ittihamlarının geniş vüsət almasına səbəb olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31