SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çilidə dünyanın ən iri teleskopu tikilir

Çilidə dünyanın ən iri teleskopu tikilir
27-09-2019, 22:41

Çilidə dünyanın ən iri yerüstü teleskopunun tikintisi başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Avropa Kosmik Agentliyinə məxsus teleskopun çəkisi 2800 tona bərabər olacaq.

Teleskopun güzgüsünün diametri 39 metrə yaxındır. Qurğu ölçüsü 1,4 metrə bərabər olan ümumilikdə 798 altıbucaqlı seqmentdən ibarət olacaq.

Teleskopun dəyəri 1 milyard avro məbləğində ölçülür.

Yeni teleskop vasitəsilə Günəş sistemindən kənarda yerləşən planetlərin detallı şəkillərinin, o cümlədən Süd Yolunun mərkəzində iri qara dəliyin görüntüsünün əldə olunacağı gözlənilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930